AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 avqust 2012-ci il saat 16:10-dək ilkin məlumata əsasən:

Goranboy rayonu, Kürəkçay qəsəbəsində yolların təmiri vaqonunun yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. İdarənin 2 nəfər işçisi müxtəlif dərəcəli yanıq xəsarətlər ilə xəstəxanaya aparılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

17 avqust 2012-ci il saat 14:30-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

17 avqust 2012-ci il saat 13:00-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

17 avqust 2012-ci il saat 12:40-dək ilkin məlumata əsasən:

Daxil olmuş məlumata əsasən, 1 nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxmış və küləkli hava şəraitində (sahildən, təxminən, 5 km dənizin içinə doğru...

17 avqust 2012-ci il saat 09:00-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 120 kv.m olan ikimərtəbəli altıotaqlı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 120 kv.m sahədə, pəncərə çərçivələri və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17 avqust 2012-ci il saat 10:15-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi...

16 avqust 2012-ci il, saat 21:20-dək, ilkin məlumata əsasən

İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, təxminən, 3 ha kol-kos, quru ot və seyrək meşə sahəsi yanır. Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranmışdır. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə...

16 avqust 2012-ci il, saat 17:55-dək, ilkin məlumata əsasən

İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, təxminən, 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır. Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından...

16 avqust 2012-ci il, saat 17:40-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1968-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum...

16 avqust 2012-ci il, saat 10:30-dək, ilkin məlumata əsasən

Biləsuvar rayonu, Günəşli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 122 kv.m olan birmərtəbəli üçotaqlı evin mətbəxinin tavanı 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr