AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 avqust 2012-ci il, saat 00:15-dək ilkin məlumata əsasən

Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan 2 ədəd hər biri "MERCEDES" markalı olan minik  avtomobillərinin  yanar hissəlləri yanmışdır. Yanğından yaxınlıqdakı  evlər  mühafizə olunmuşdur.

02 avqust 2012-ci il, saat 22:55-dək ilkin məlumata əsasən

Abşeron rayonu ərazisində, dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 2000 m solda, nəzarətsiz ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş...

02 avqust 2012-ci il, saat 20:10-dək ilkin məlumata əsasən:

Neftçala rayonu, Pirəppə kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 39 kv.m sahədə qamışdan ibarət talvar  yanmışdır...

2 avqust 2012-ci il, saat 09:00-dək:

Zərdab rayonu, Çallı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşlara məxsus ərazidə 8 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı biçilməmiş yonca sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1 avqust 2012-ci il, saat 22:30-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə...

1 avqust 2012-ci il, saat 15:50-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə...

1 avqust 2012-ci il, saat 09:00-dək

30 iyul 2012-ci il tarixində Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1968-ci il təvəllüdlü İnqilab Oktay oğlu Nağıyevin axtarışları başa çatmışdır. İ.Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr