05 avqust 2012-ci il, saat 21:45-dək ilkin məlumata əsasən
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin mətbəxində hava temizləyici qurğu yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi ev sahibi tərəfindən söndürülmüşdür.
05 avqust 2012-ci il, saat 19:50-dək ilkin məlumata əsasən
Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə (“Seyidli” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:15-də başa çatmışdır;
05 avqust 2012-ci il, saat 14:05-dək ilkin məlumata əsasən
Sumqayıt şəhərində, dənizdə (“Dəvəçi” sularda xilasetmə məntəqəsindən təxminən 700 m sağda, nəzarətsiz ərazidə) 1 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 123 kv.m. olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m. sahədə əşyalar yanmışdır. Yanğın, yanğınbölmələri çatana kimi sakinlər tərəfindən söndürülmüşdür;
04 avqust 2012-ci il, saat 13:00-dək ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur...
Beyləqan şəhərində transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı lisey binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
03 avqust 2012-ci il, saat 19:30-dək ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonunda Bakı-Quba yolunun 130-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır...
03 avqust 2012-ci il, saat 18:00-dək ilkin məlumata əsasən
Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur...
03 avqust 2012-ci il, saat 16:00-dək ilkin məlumata əsasən
Beyləqan şəhərində təbiət və humanitar fənlər təmayüllü liseyin ərazisində “Azərenerji” ASC-yə məxsus transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı lisey binası yanğından mühafizə olunmuşdur...