AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 iyul 2012-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdir. Əməliyyat saat 13:15-də başa çatmışdır;

29 iyul 2012-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 29 iyul 2012-ci il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km solda  nəzarətsiz ərazidə) 1969-cu il təvəllüdlü Qədirova Ayğün Hüseynağa qızının dənizdə batma ehtimalı olması barədə məlumat daxil olmuşdur. Fövqəladə...

29 iyul 2012-ci il,saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin qabaq şiti yanmışdır. Yanğın, yanğın bölmələri çatana kimi sahibi tərəfindən söndürülmüşdür.

28 iyul 2012-ci il saat 17:45-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Əsgərabad kəndi (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus 5 ha biçilmiş taxıl sahəsi yanmışdır.... 

28 iyul 2012-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Könüllü kəndi vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları 100 kv.m və talvarın altına yığılmış 24 ton ot bağlaması yanmışdır.... 

28 iyul 2012-ci il saat 09:00-dək

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır....

27 iyul 2012-ci il, saat 23:00-dək, ilkin məlumata əsasən

Neftçala rayonunda, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

27 iyul 2012-ci il,saat 18:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:45-də başa çatmışdır.

27 iyul 2012-ci il, saat 16:35-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır.

27 iyul 2012-ci il,saat 09:00-dək

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ferma binasının dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Ferma binasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr