AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 mart 2012-ci il saat 09:00-dək

Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan mağazada lambirdən ibarət tavan 10 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

06 mart 2012-ci il saat 03.00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağın yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

05 mart 2012-ci il saat 17:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində 10 ədəd elektrik sayğacı yanmışdır.

05 mart 2012-ci il saat 16:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 3 mart 2012-ci il tarixində 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşmüşdür.

05.03.2012-ci il saat 15:00-dək,ilkin məlumata əsasən

Ağcabədi rayonu, Avşar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan mebel mağazasında lambirindən ibarət tavan 10 kv.m sahədə yanmışdır.

05 mart 2012-ci il saat 09:00-dək

İsmayıllı rayonunda İsmayıllı-Lahıc yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus “QAZ” markalı yük avtomobilinin salonu qismən yanmışdır.

04 mart 2012-ci il saat 09.00-dək

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları...

03 mart 2012-ci il saat 14;00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsindəki otaqda ev əşyaları 25 kv.m sahədə yanmış, evdə olan 1 nəfər xəsarət almışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaş tərəfindən söndürülmüşdür...

03 mart 2012-ci il saat 13:00-dək, ilkin məlumata əsasən

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

03 mart 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin eyvanında lambirindən ibarət tavan 10 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.  Yanğın saat 11:23-də yanğınsöndürənlər...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr