AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

09 mart 2012-ci il saat 00:15-dək, ilkin məlumata əsasən

Goranboy rayonu, Boluslu Zeynallı kəndində (rayon mərkəzindən 5 km arası) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyalari 54 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlaması yanmışdır.

08 mart 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nizami rayonunda “VAZ” və “Reno” markalı 2 minik avtomobili toqquşmuşdur.

08 mart 2012-ci il saat 17:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

08 mart 2012-ci il saat 15:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda " Daewoo " markalı sərnişin avtobusu ilə " Qaz " markalı yük avtomobili toqquşmuşdur.

08 mart 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

07 mart 2012-ci il saat 17:00-dək

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən 07 mart 2012-ci il tarixində dənizin nəzarət olunmayan hissəsində balıqçı qayığının çevrilməsi  nəticəsində iki balıqçının itkin düşdüyü...

07 mart 2012-ci il saat 15:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1945-ci il təvəllüdlü qadın yaşadığı mənzildə yıxılaraq, köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, habelə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə cəlb olunmuşlar....

07 mart 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış...

06 mart 2012-ci il saat 18:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus  sahəsi 80 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 32 kv. m  sahədə yanmışdır. Yanğın saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

06 mart 2012-ci il saat 15:15-dək, ilkin məlumata əsasən

FHN-nin 112 qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr