AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 fevral 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 90 kv.m olan dördotaqlı evin tavanı və ev əşyaları 44 kv.m sahədə və ümumi sahəsi 77 kv.m olan üçotaqlı qonşu mənzilin dam örtüyünün  yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Yanğın saat 10:19-da yanğınsöndürənlər tərəfindən...

10 fevral 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 11-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi...

9 fevral 2012-ci il, saat 09:00-dək

Masallı rayonu, Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yaşayış üçün istifadə olunan ümumi sahəsi 18 kv.m olan vaqon tipli otağın yanar konstruksiyaları yanmış, içərisində olan 2009-cu il təvəllüdlü Sadiq Əhəd oğlu Əhədov və 2010-cu...

8 fevral 2012-ci il,saat 12:00-dək

Masallı rayonu, Qızılağac kədində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yanğın olmuşdur. İlkin məlumata görə, yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv.m olan vaqon tipli otaq yanmış, içərisində olan 2 nəfər azyaşlı uşaq ölmüşdür. Yanğınsöndürənlər...

8 fevral 2012-ci il,saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 90 kv.m olan taxta konstruksiyalardan ibarət tövlə 50 kv.m sahədə yanmış, 8 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

7 fevral 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarının mühafizə zonasında ovla məşğul olmaq istəyən 1 nəfər saxlanılmışdır. Saxlanılan şəxs aidiyyəti üzrə təhvil verilmişdir;

6 fevral 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və...

5 fevral 2012-ci il, saat 09:00-dək:

Şamaxı rayonu, Kərkənc kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

4 fevral 2012-ci il, saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 04 fevral 2012-ci il tarixində saat 10:19-da Astara şəhərindən 11 km şimal-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdəki maqnituda 4,0 olmuşdur. Astara və...

4 fevral 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr