AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

20 fevral 2012-ci il, saat 14:30-dək

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan lambirindən ibarət talvar yanmışdır. Talvara bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

20 fevral 2012-ci il, saat 09:00-dək

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə, aynabənddə və mətbəxdə tavan 45 kv.m sahədə yanmışdır. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

19 fevral 2012-ci il,saat 13.05-dək

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1962-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur

19 fevral 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 350 kv.m olan birmərtəbəli ikimənzilli kommunal tipli binada vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan beşotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, habelə vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan yeddiotaqlı mənzilin yanar konstruksiyaları...

18 fevral 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

17 fevral 2012-ci il, saat 17:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən...

17 fevral 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu...

16 fevral 2012-ci il, saat 17:30 dək:

Bakı şəhəri, Xətai rayonunda “PTS” ("ПТС") markalı “Mərdəkan” adlı balıqçı gəmisində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir. Nəticədə, gəmidə kayutun yanar konstruksiyaları 8 kv.m sahədə, kapitan körpüsü 5 kv.m sahədə yanmış və göyərtə 30 kv.m sahədə...

16 fevral 2012-ci il, saat 15:30 dək:

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi avadanlıq vasitəsi ilə qalxaraq eyvandan daxil olmuşlar....

16 fevral 2012-ci il, 14:30-dək:

Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə qonşu...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr