AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

23 fevral 2012-ci il saat 09:00-dək

Bərdə şəhərində beşmərtəbəli yataqxana binasının sonuncu mərtəbəsindəki ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 21 kv.m olan 1 otaq və aynabənddən ibarət qonşu mənzildə aynabəndin yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır....

22 fevral 2012-ci il,21.11-dək

21 fevral 2012-ci il tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilmişdir.

22 fevral 2012-ci il, 18:20-dək

Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur.

22 fevral 2012-ci il,saat 17.15-dək

Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətində uçqun hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur.

22 fevral 2012-ci il,saat 15.00-dək

21 fevral 2012-ci il tarixində saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmamış və onlarla əlaqə kəsilmişdir. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmış, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd...

22 fevral 2012-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

21 fevral 2012-ci il, saat 17:00-dək

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

21 fevral 2012-ci il, saat 09:00-dək

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan lambirindən ibarət talvar yanmışdır. Talvara bitişik ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20 fevral 2012-ci il, saat 18:00-dək

Qəbələ rayonu, Bum qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsindəki otağın tavanı 4 kv.m sahədə yanmışdır. Yanğın saat 14:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

20 fevral 2012-ci il, saat 17:00-dək

Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr