AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

22 oktyabr 2012-ci il, saat 17:00-dək ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus hazırda təmir olunan, hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli mansard tipli fərdi yaşayış evinin mansardının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır...

22 oktyabr 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır....

21 oktyabr 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olmuşdur.

20 oktyabr 2012 ci il, saat 21:30-dək ilkin məlumata əsasən:

Yevlax rayonu, Havarlı kəndi (133 YMB-dən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır....

20 oktyabr 2012-ci il, saat 15:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri dəmiryol stansiyası ərazisində qazıntı işləri aparılan  zaman partlayıcı qurğu aşkar  olunmuşdur....

20 oktyabr 2012-ci il, saat 14:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olmuşdur.

20 oktyabr 2012-ci il saat 09:00-dək

Oğuz rayonu, Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan birmərtəbəli 3 otaqlı və aynabənddən ibarət olan fərdi yaşayış evinin 2 otağı və aynabəndin yanar konstruksiyaları 56 kv.m sahədə yanmışdır.

19 oktyabr 2012-ci il, saat 22:43-dək ilkin məlumat

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

19 oktyabr 2012-ci il, saat 21:10-dək ilkin məlumat

Oğuz rayonu, Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin, 2 otağın və aynabəndin yanar konstruksiyaları 56 kv. m sahədə  yanmışdır.

19 oktyabr 2012-ci il saat 09:00-dək

Cəlilabad rayonunda (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr