Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və həyətyanı sahənin çəpərinin 4 p.m hissəsi yanmışdır.
Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu sahilində nəzarət olunan ərazidə çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.
Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinin və orada olan avtomobillərin yanması barədə məlumat daxil olmuşdur.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qarajın içərisinə yığılmış əşyalar 3 kv.m sahədə və həmin qarajın yaxınlığında yığılmış məişət tullantıları 50 kv.m sahədə yanmışdır.
Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyalar 10 kv.m sahədə yanmışdır. Yanğın saat 09:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qəbələ rayonu, Mirzəbəyli kəndində "Vaz" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Vaz" markalı minik avtomobilinin sürücüsü yaralanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış...