Beyləqan rayonunun Milabad qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb..
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə və damına yığılan 2 ton ot bağlamasının 1,5 tonu yanıb.
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 64 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, bitişik ümumi sahəsi 14 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində istifadəsi dayandırılmış 2 ədəd vaqonun taxta və penoplastdan ibarət üzlüyü yanıb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Səbail və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
03 yanvar 2023-cü il saat 08:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub...
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 170 m² olan mağazanın damına yığılan ərzaq və təsərrüfat malları 15 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub.