AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 yanvar 2023-cü il saat 22:15-dək:

Oğuz rayonunun Padar kəndində ümumi sahəsi 15 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 225 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. 

12 yanvar 2023-cü il saat 18:30-dək:

Şəki şəhərində ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanında bacanın ətrafı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

12 yanvar 2023-cü il saat 14:45-dək:

Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.

12 yanvar 2023-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...

12 yanvar 2023-cü il saat 03:00-dək:

Siyəzən rayonunda (Bakı-Quba avtomobil yolunun 90-cı kilometrliyi) içərisində 1 nəfərin olduğu “Mercedes” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub...

12 yanvar 2023-cü il saat 02:15-dək:

Quba rayonunun Alekseyevka kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü yanıb...

11 yanvar 2023-cü il saat 21:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 3 nəfər mənzildə bağlı qapı arxasında...

11 yanvar 2023-cü il saat 18:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

11 yanvar 2023-cü il saat 17:45-dək:

Gəncə şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 160 m² sahədə...

11 yanvar 2023-cü il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr