AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 may 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

26 may 2023-cü il

Məlumat verildiyi kimi, intensiv yağışlarla əlaqədar Gəncə şəhərinin bəzi əraziləri subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

26 may 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

26 may 2023-cü il

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə bir sıra rayonlarda havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, həmçinin bəzi bölgələrdə arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır. 

26 may 2023-cü il

Respublikanın qərb bölgəsinə yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.

26 may 2023-cü il

22-24 may 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.

26 may 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

25 may 2023-cü il

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Elmlər Akademiyası” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 may 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

25 may 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

25 may 2023-cü il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb. Tədbirdə, həmçinin Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr