Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 94 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köməkçi tikili və yaxınlıqda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 4 m²...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin dəhlizinin yanar konstruksiyaları, dəhlizinə yığılan ev əşyaları 12 m² sahədə, 2 ədəd məişət avadanlığı və 3 ədəd qapı yanıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan kanalının Ucar rayonundan keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin kanalda batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...