AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 noyabr 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Pirallahı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 420 kv.m olan birmərtəbəli, hal-hazırda fəaliyyət göstərməyən ərzaq mağazasının yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır.

30 noyabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

30 noyabr 2015-ci il saat 12:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş vermişdir.

30 noyabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan talvarın altına yığılmış 3 ton ot bağlamasının 750 kq yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 noyabr 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 noyabr 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Türyançay kəndində “MERCEDES” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılmışdır. Nəticədə, bir nəfər vəfat etmiş və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin...

29 noyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir şəhərində evdə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir....

29 noyabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

29 noyabr 2015-ci il saat 06:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq lövhəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından 

29 noyabr 2015-ci il saat 04:05-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Şərif kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlaması yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr