AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 iyun 2014-cü il saat 22:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 30 kv.m sahədə dəmir köşkün taxta üzlüyü yanmışdır. 

30 iyun 2014-cü il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır. 

30 iyun 2014-cü il saat 20:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 5 kv.m sahədə və 1 ədəd döşək yanmışdır. 

30 iyun 2014-cü il saat 18:15-dək:

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 315 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə və tövlənin içərisinə yığılmış 11 ton ot bağlamasının 5 tonu yanmışdır.

30 iyun 2014-cü il saat 14:15-dək:

Naftalan şəhərində servisə məxsus ümumi sahəsi 25 kv.m olan qazanxananın lambirdən ibarət tavanı 16 kv.m sahədə yanmışdır.

30 iyun 2014-cü il saat 11:00-dək:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonunundan 14 km Cənub-qərbdə zəlzələ qeydə alınmışdır. 

30 iyun 2014-cü il saat 08:15-dək:

Xaçmaz rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 15 ton ot bağlamasının 400 kiloqramı yanmışdır.

30 iyun 2014-cü il saat 03:15-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruyksiyaları yanmışdır. 

30 iyun 2014-cü il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. 

29 iyun 2014-cü il saat 21:00-dək:

Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr