AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 dekabr 2014-cü il saat 18:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

31 dekabr 2014-cü il saat 16:30-dək:

Samux rayonu, Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanmışdır.

31 dekabr 2014-cü il saat 13:30-dək:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə məişət tullantıları yanmışdır.

31 dekabr 2014-cü il saat 07:15-dək:

Zərdab rayonu, Şahhüseynli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır.

30 dekabr 2014-cü il saat 20:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

30 dekabr 2014-cü il saat 20:15-dək, ilkin məlumata əsasən:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxtadan ibarət birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır.

30 dekabr 2014-cü il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli binanın şaxtasından keçən kabel 2 p.m yanmışdır.

30 dekabr 2014-cü il saat 17:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qaradırnaq kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 2 tonu yanmışdır.

30 dekabr 2014-cü il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində iki nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

30 dekabr 2014-cü il saat 12:45-dək, ilkin məlumata əsasən:

Lerik rayonu, Cəngəmiran kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərriki və salonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr