AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 sentyabr 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonu vətəndaşa məxsus  ümumi sahəsi 2000 kv.m olan taxta konstruksiyadan ibarət istixananın yanar konstruksiyaları 400 kv.m sahədə və içərisinə yığılmış 44 ton ot bağlaması yanmışdır. İstixananın qalan hissəsi, yaxınlıqdakı ferma yanğından mühafizə olunmuş və 30 baş iri...

30 sentyabr 2012-ci il, saat 01:45-dək ilkin məlumata əsasən:

Füzuli rayonu, Mahmudlu-2 kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli üç otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır...

29 sentyabr 2012-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonu fermer təsərrüfatı ilə məşqul olan vətəndaşa məxsus  ümumi sahəsi 2000 kv.m olan taxta konstruksiyadan  ibarət istixananın yanar konstruksiyaları 400 kv.m sahədə və içərisinə yığılmış 44 ton ot bağlaması yanmışdır. 

29 sentyabr 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər havanın küləkli olması səbəbindən təhlükə ilə üzləşmiş və “Türkan” sularda xilasetmə postundan, təxminən, 400 m aralıda, nəzarət olunmayan ərazidə...

28 sentyabr 2012-ci il, saat 22:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda avarlı qayıqla dənizə çıxmış 1 nəfər balıqçı (Türkan sularda xilasetmə postundan 400 m sola, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşmişdir.

28 sentyabr 2012-ci il,saat 20:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

28 sentyabr 2012-ci il, saat 09:00-dək

Goranboy rayonu, Borsunlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 sentyabr 2012-ci il saat 18;00-dək, ilkin məlumatlara əsasən

İmişli rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 sentyabr 2012-ci il saat 14;30-dək, ilkin məlumatlara əsasən

Goranboy rayonu, Borsunlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

27 sentyabr 2012-ci il saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli ofisin 1-ci mərtəbəsinin tavanı 20 kv.m sahədə yanmışdır. Ofisin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr