31 iyul 2012-ci il saat 19:30-dək ilkin məlumata əsasən:
Masallı rayonu, Mollaoba kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 34 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 2,5 tonu yanmışdır.
31 iyul 2012-ci il, saat 18:00-dək ilkin məlumata əsasən:
Daxil olmuş məlumata əsasən, Qax rayonu, İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölmüş, hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmamışdır...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.
30 iyul 2012-ci il, saat 22:00-dək, ilkin məlumata əsasən
Gəncə şəhərində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasından 1 tonu yanmışdır.Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
30 iyul 2012-ci il, saat 17:50-dək, ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (nəzarət olunmayan ərazidə), təxminən, 40-45 yaşlarında olan İnqilab Oktay oğlu Nağıyev batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və...
30 iyul 2012-ci il, saat 15:30-dək, ilkin məlumata əsasən
Mingəçevir şəhərində su anbarında (“Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:30-da başa çatmışdır.
30 iyul 2012-ci il, saat 15:00-dək, ilkin məlumata əsasən
Sumqayıt şəhərində dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 1,3 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:30-da başa çatmışdır.
30 iyul 2012-ci il, saat 13:00-dək, ilkin məlumata əsasən
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Bakı şəhəri, Binəqədi rayonunda 20 kv.m sahədə mazutluq yanmışdır. Yaxınlıqdakı neft quyusu və yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
29 iyul 2012-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:
Abşeron rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsi ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 15:35-də başa çatmışdır.