Füzuli rayonu, Bala Bəhmənli kəndində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 500 kq ot bağlaması yanmışdır. Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;Ağstafa rayonu, Böyük Kəsik kəndində dağlıq ərazidə 10 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı taxıl sahələri...
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan mağazada tavanın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 09:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;Sumqayıt şəhərində dənizin nəzarət olunan hissəsində rezin qayıqla üzən 3 nəfər qayıqda yaranmış texniki nasazlıq səbəbindən suda batma təhlükəsi ilə üzləşmişdir....
Şəmkir şəhərində ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğın saat 12:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Qaradağ rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində qayığın çevrilməsi nəticəsində 1 nəfər suda batma təhlükəsi ilə üzləşmişdir. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas etmişlər. Əməliyyat saat 11:15-də başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Bununla da vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik...