30 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2019-cu ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 01 fevral 2020-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2020-ci...
17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək: