Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 1 oktyabr 2018-ci il tarixi saat 11.00-a təyin edilmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə 13 sentyabr 2018-ci il tarixində “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilmişdir.
Sentyabrın 4-də fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur.