AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 oktyabr 2018-ci il

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, Daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinə səfərə getmişdir.   

23 oktyabr 2018-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 oktyabr 2018-ci il tarixində Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişmişdir. Qəbulun tarixi barədə əlavə məlumat veriləcəkdir.

17 oktyabr 2018-ci il

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır.

13 oktyabr 2018-ci il

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​

10 oktyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir.

06 oktyabr 2018-ci il

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir.

01 oktyabr 2018-ci il

1 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr