Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilmişdir.
24 may 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində Ağcabədi, Füzuli, Xocavənd və Beyləqan rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu mayın 24-də keçiriləcəkdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
9 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 5 may 2017-ci il tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
5 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində nazirliyin bir qrup əməkdaşına Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin döş nişanı və medallarının təqdim olunması mərasimi keçirilmişdir.