Oktyabrın 25-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Xırdalan şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirmişdir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı...
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 25 oktyabr 2013-cü il tarixində saat 11:00-dan Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Oktyabrın 17-də Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir. Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. Sonra kursantlar and içmişlər.