İyunun 30-da Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi ilə respublika məktəbliləri arasında keçirilən "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının final mərhələsinə yekun vurulmuşdur.
28 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Malayziya Baş Nazirinin Departamentinin naziri cənab Dato Seri Mohamed Nazri bin Azizi qəbul etmişdir.