Fransa Respublikasının Nəqliyyat üzrə Dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 22-24 iyun 2011-ci il tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi yay çimərlik mövsümü ilə əlaqədar Bakı şəhərində silsilə maarifəndirmə tədbirlərinin keçirilməsinə başlamışdır.
23 may - 3 iyun 2011-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının xilasediciləri Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak etmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 2-4 iyun 2011-ci il tarixlərində ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri cənab Park Yeon-Sonun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən "Fövqəladə hallar uşaqların gözü ilə" I ümumrespublika yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur. İyunun 1-də Muzey Mərkəzində gerçəkləşdirilən mərasimdə çıxış edənlər müsabiqəni yüksək qiymətləndirmiş və bu cür layihələrlə istedadlı uşaqların üzə çıxarıldığını qeyd etmişlər.
İyunun 1-də Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin "Nardaran 1" xilasetmə məntəqəsində 2011-ci ilin yay çimərlik mövsümünün açılışına həsr olunan mərasim keçirilib. Mərasimdə çıxış edən FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov ...