Mart ayının 29-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisi qəbul etmişdir.
Nazirliyin bir qrup əməkdaşı 15-17 mart 2011-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Avropa Komissiyası və BMT-nin Uşaq Fondunun təşkil etdiyi "Təhsildə fəlakət riskinin azaldılması üzrə biliklərin idarə edilməsi" mövzusunda regional seminarda iştirak etmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəldilmiş tədbirlərin dəstəklənməsi" layihəsi üzrə növbəti təlim 6 mart 2011-ci il tarixində FHN-nin Muğan Regional Mərkəzində həyata...