AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

  Xəbər verildiyi kimi, Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. 22 fevral 2024-ci il


  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub. 22 fevral 2024-ci il


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. 22 fevral 2024-ci il


Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan dəmirçi sexinin içərisində 1 ədəd divan və 1 ədəd masa yanıb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Xanagah kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac...

Ümumi məlumat


5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

 

İlk yardım

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Mühafizə

Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.

Nəticələrinin aradan qaldırılması

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Rəhbərlik haqqında məlumat


Etibar Rəsul oğlu İsmayılov

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant.

01.05.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib.
Ailəlidir. 2 övladı var.

Zeynalov Raul Süleyman oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini-qərargah rəisi, general-mayor.

24.04.1982-ci ildə Şəmkir rayonunda anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Qabulov Teymur Lütfəli oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik.

14.01.1977-ci ildə Şəki rayonunda anadan olub.
Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.