AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

XÜSUSİ RİSKLİ XİLASETMƏ XİDMƏTİ

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 18 mart 2019-cu il tarixində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün paytaxtın 1, 2 və 3 saylı internat məktəblərinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar. 18 mart 2019-cu il


Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən... 18 mart 2019-cu il


14 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin... 14 mart 2019-cu il


Göygöl rayonunda ümumi sahəsi 36 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 24 m² sahədə yanıb...


Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 150 m² sahədə yanıb..


Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb...

Ümumi məlumat


5 fevral 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Təcili Xilasetmə Xidməti, Hərbiləşdirilmiş Xüsusi Mühafızə Xidməti və Kinoloji Xidmət ləğv olunaraq onlann bazasmda Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmışdır. 03 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafıq fərmanı ilə Xüsusi Riskli Xilasetmə Xidməti haqqında "Əsasnamə" təsdiq edilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə halların nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib hazırlanmasında və həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir.

 

İlk yardım

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Mühafizə

Fövqəladə hal (hadisə) baş vermiş ərazilərdə (zonalarda) xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir.

Nəticələrinin aradan qaldırılması

Fövqəladə hallarda müxtəlif dağıntılar və uçqunlara məruz qalmış ərazilərdə (zonalarda) öz qüvvələri və əməliyyata cəlb olunmuş digər qüvvələrlə təxirəsalınmaz xüsusi riskli axtarış və qəza-xilasetmə işlərinin, qəza hallarının aradan qaldırılması üçün profilaktik tədbirlərin həyata keçirilməsini və öz səlahiyyətləri daxilində humanitar yardımların mühafizəsini təmin edir.

Rəhbərlik haqqında məlumat


Paşayev Şahmar Ənvər oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor.

20.11.1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Bakı Dövlət Universitetini və Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Ailəlidir. 3 övladı var.

Həsənov Məhərrəm İmanqulu oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini- qərargah rəisi, general-mayor.

29.11.1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olub.
Leninqrad şəhəri Sualtı Qayıqlar üzrə Ali Hərbi Dənizçilik Məktəbini və Türkiyə Respublikasının Hərbi Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Abbasov İlham Yaqub oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini, polkovnik.

30.03.1964-cü ildə Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Respublikası DİN Polis Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.

Rəhimov Arzu Hüseyn oğlu

Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini, polkovnik.

30.09.1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib.
Ailəlidir. 2 övladı var.